Online Şaşki Oyunu Dama Oyunu
Online Şaşki - Oyunu Dama Oyunu
Dama Oyunu haqqinda
Dama çox qədim zamanlarda, təxminən 5 min il bundan qabaq Misirdə meydana gəlib. Sonradan bir çox ölkələrə yayılan oyunun qaydaları da dəyişikliklərə uğrayıb. Oyunun əsas məqsədi düşmən qüvvələrini məhv etməkdir. Əsl döyüşçü üçün əsir düşmək isə utandırıcı hal sayılır.
Bu oyunu öyrənmək elə də çətin olmasa da, yüksək intellekt tələb edir.
Bizim alışdığımız dama ağ-qara rənglə növbələşən 64 xanalı “taxta” üzərində oynanılır. Hər “ordu” 12 “əsgər”dən təşkil olunur. Döyüş sahəsində adətən ağ və qara olmaqla 2 ordu döyüşür. Onlar ilk olaraq hər iki tərəfdə birinci üç cərgədəki qara xanalarda düzülür. Oyunu ağlar başlayır.
Oyun ancaq qara damalar üzərində gedir. Daşların irəlidəki boş qara xanaya diaqonal üzrə irəliləməsi gediş adlanır. Buna həm də sakit gediş deyirlər. Rəqibin daşını vurmaq üçün edilən gedişə isə zərbə gedişi deyilir.
Əgər oyunçu rəqibin sonuncu cərgəsinə çatarsa, onun bu daşı "Damaya" çevrilir. Bunun üçün o iki daşı üst-üstə qoyur. Damaya çevrilmiş daş oyun xətti üzrə istənilən istiqamətdə və addımla hərəkət edə bilir. Adi daşlarda olduğu kimi Dama da bir neçə rəqib daşlarını ardıcıl olaraq atlaya bilər. Bu həm irəli, həm də geriyə istiqamətdə baş verir.